Əsas məzmuna keç
Bakı +15°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

İsveçrə Telman İsmayılovun hesablarına həbs qoyub

İsveçrə Telman İsmayılovun hesablarına həbs qoyub

İsveçrənin Sürix şəhər prokurorluğu Azərbaycan əsilli rusiyalı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun bu ölkədəki hesablarına həbs qoyub.

Bu barədə ENA.az "Kommersant"a istinadən xəbər verir.

Məlum olur ki, T. İsmayılov müflis elan olunsa da, kreditorlara pullar ödənilir.

Xəbərdə o da bildirilir ki, Rusiya T. İsmayılovun həbsinə nail olmaq istəyir. Moskvadakı Çerkizov bazarının sahibi olmuş T. İsmayılov qardaşı Raufla birgə qətl işi üzrə axtarışa verilib. İsmayılov qardaşları ticarət komplekslərinin sahibi Vladimir Savkin və "Lyublino-Motors" şirkətinin təsisçisi Yuri Brilyovun güllələnməsində təqsirli bilinirlər.

T. İsmayılov hazırda xaricdə gizlənir. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə