Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hadisə

Kapitoli binasında ABŞ-ın Hərbi Hava Qüvvələrinin veteranı öldürüldü

Kapitoli binasında ABŞ-ın Hərbi Hava Qüvvələrinin veteranı öldürüldü

Kapitoli binasında atışma zamanı öldürülən qadın ABŞ-ın Hərbi Hava Qüvvələrinin veteranı imiş.

"Fox News" telekanalı xəbər verir ki, bu, Eşli Bebbitdir. O, Kaliforniya ştatının San-Dieqo şəhərində yaşayıb. Eşli Debbit prezident Donald Trampın qatı tərəfdarı olub. O, 14 il ABŞ-ın Hərbi Hava Qüvvələrində xidmət edib, 4 dəfə ölkə sərhədindən xaricə xidmətə göndərilib.

Bebbitin qarışıqlıqlar zamanı Kapitoliyə necə gəldyi məlum deyil.

Daha əvvəl bildirilirdi ki, Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb. Atışma zamanı sinəsindən ağır xəsarət alan yaralılardan biri xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə