Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşına yeni vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşına yeni vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əməkdaşı Nigar Əhmədova işdən çıxıb. ENA.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.  2019-cu ildən Kənd Təsərrüfatı Nazirliyində çalışan Nigar Əhmədovanın yeni iş yeri də məlum olub. 

O, bundan sonra fəaliyyətini “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsində davam etdirəcək.   

Əhmədova Nigar Abbas qızı 24 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühədis iqtisadiyyatı və İdarəetmə fakültəsinin bakalavr pilləsini bitirib. 2009-2012-ci illərdə həmin universitetdə Strateji İdarəetmə ixtisası üzrə magistr təhsili alıb. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə