Əsas məzmuna keç
Bakı +14°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

Maska, spirt təminatı bizim səlahiyyətdə deyil - TƏBİB RƏSMİSİ

Maska, spirt təminatı bizim səlahiyyətdə deyil - TƏBİB RƏSMİSİ

Nazirlər Kabineti yanında operativ qərargah ölkədə yaranan tibbi spirt və maska çatışmazlığına münasibət bildirib.

ENA.az-ın məlumatına görə, qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib ki, onların səlahiyyətində olan xəstəxanalarda belə problem yoxdur:

"Ümumi respublikanın maska və tibbi spirtlə təminatı bizim səlahiyyətimizdə deyil".

TƏBİB-in Yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, maskanı xəstəliyə yoluxmuş şəxs taxmalıdır:

"Bu da infeksiyanın ətrafa yayılmasının qarşısını alır".

Respublikanın baş infeksionisti Cəlal İsayev deyib ki, maska qıtlığı məsələsi daha çox mətbuat tərəfindən şişirdilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə