Əsas məzmuna keç
Bakı +13°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

"McDonald's"ın ticarət markası əlindən alındı

"McDonald's"ın ticarət markası əlindən alındı

"McDonald's" Avropa Birliyində (AB) "Big Mac" burger ticarət markasını itirdi.

"BI" xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyi Əqli Mülkiyyət Dairəsi "fast-food" nəhənginin markanı AB-nin qanunlarına uyğun istifadə etmədiyi ilə bağlı qərar verib. Qərar dərhal qüvvəyə minib və "Big Mac" ticarət markası "McDonald's"ın əlindən alınıb. 

Qeyd edək ki, İrlandiyanın "Supermac" adlanan restoranlar şəbəkəsi 2 il əvvəl ticarət markasının özlərinə məxsus olması ilə bağlı iddia qaldırmışdı.

"McDonald's" isə qərara etiraz edəcəyini və bu qərarın ləğv olunacağına əmin olduğunu deyib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə