Əsas məzmuna keç
Bakı +14°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Məişət texnikası alan şəxslərə ƏDV-nin geri qaytarılması müzakirə edilib

Məişət texnikası alan şəxslərə ƏDV-nin geri qaytarılması müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məişət texnikası satışı ilə məşğul olan vergi ödəyiciləri ilə onlayn formatda görüş keçirib.

ENA.az quruma istinadən xəbər verir ki, görüşdə bu sahədə mövcud vəziyyət, qanunvericiliklə əlaqədar məsələlər, nağdsız alış-veriş zamanı vergi ödəyicilərininin və alıcıların qarşılaşdıqları məqamlar, ƏDV-nin geri qaytarılması ilə bağlı təkliflər səsləndirilib.

Məişət texnikası satışı üzrə vergi öhdəlikləri ətrafında müzakirələr aparılıb. Görüşdə sahibkarların təklifləri qeydə alınıb, onların öyrənilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə