Əsas məzmuna keç
Bakı +14°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Mercedes-Benz Almaniyadakı sərmayələrini niyə dayandırır?

Mercedes-Benz Almaniyadakı sərmayələrini niyə dayandırır?

Mercedes-Benz Almaniyadakı yeni investisiyalarını dayandırır

Mercedes-Benz Almaniyadakı istehsal müəssisələrinə yönəlik bütün yeni investisiyaları dayandırmaq qərarına gəlib. Şirkət ölkədəki bəzi zavodların bağlanması ehtimalını da nəzərdən keçirir.

ENA.az xəbər verir ki, qərar avtomobil istehsalının yüksək xərcləri və əməkhaqlarının azaldılması ilə bağlı işçi şurası və həmkarlar ittifaqları ilə razılığın əldə olunmaması səbəbindən verilib.

Şirkətin istehsala cavabdeh idarə heyətinin üzvü Michael Schiebe bildirib ki, Almaniyadakı müəssisələrə yeni investisiyaların dayandırılması barədə qərar yüksək istehsal xərcləri və onların azaldılması ilə bağlı razılaşmanın əldə edilməməsi fonunda qəbul olunub.

Mercedes-Benz son aylarda xərclərin azaldılması məqsədilə əməkdaşlarla danışıqlar aparır. Schiebe sentyabr ayında qənaət tədbirləri üzrə irəliləyiş əldə olunmayacağı təqdirdə Almaniyadakı iki zavodun bağlana biləcəyi barədə işçilərə xəbərdarlıq etmişdi.

Şirkətin idarə heyətinin üzvü Britta Seeger isə zavodların bağlanmasının qarşısını almaq istədiklərini, lakin bu variantı artıq daha ətraflı nəzərdən keçirməli olduqlarını bildirib.

Qərar Almaniya avtomobil sənayesində artan xərclər, zəif tələb və beynəlxalq rəqabətin güclənməsi fonunda qəbul edilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə