Əsas məzmuna keç
Bakı +10°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Mikayıl Cabbarov: "İnvestorların iqtisadi mühiti dəyərləndirməsi izlənilir"

Mikayıl Cabbarov: "İnvestorların iqtisadi mühiti dəyərləndirməsi izlənilir"

"Azərbaycandakı xarici investorların ölkədəki iqtisadi mühitlə bağlı dəyərləndirilməsi daim diqqətlə izlənilir".

ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

" Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən “Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021" hesabatının təqdimatında iştirak edirik. Hesabat pandemiyanın iqtisadiyyata təsirinin müəyyənləşdirilməsində, mənfi təsirlərinin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir", - deyə o, qeyd edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə