Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

- Milli Məclisin Aparatı buraxılıb

 - Milli Məclisin Aparatı buraxılıb

"Azərbaycan parlamentinin Aparatı buraxılıb".

Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, Aparatın yeni strukturu formalaşana qədər əvvəlki əməkdaşlar işlərini davam etdirəcəklər.

Qeyd edək ki, bu ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası olub. Toplantıda parlamentin yeni rəhbərliyi formalaşdırılıb. Sahibə Qafarova 116 səslə Milli Məclisin sədri seçilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə