Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Turizm

Moskva aeroportlarında uçuşlar dayandırılıb

Moskva aeroportlarında uçuşlar dayandırılıb

Rusiyanın Jukovski və Domodedovo hava limanları fəaliyyətini dayandırıb, Şeremetyevo və Vnukovo isə müvafiq orqanlarla razılaşdırılmaqla reyslərə xidmət göstərir.

Bu barədə "Rosaviasiya"nın mətbuat xidməti məlumat yayıb.

Agentlikdə izah ediblər ki, bu tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Vnukovoda məhdudiyyətlər artıq iki saatdan çox, Domodedovo və Jukovskidə təxminən bir saat, Şeremetyevoda isə qırx dəqiqədir ki, qüvvədədir.

Bu müddət ərzində Moskva yaxınlığında 7 pilotsuz uçuş aparatı vurulub. Hazırda xəsarət alanlar və ya dəymiş ziyanla bağlı məlumat yoxdur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə