Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Naxçıvanda xidmət və idarə rəisləri işdən çıxarılıb

Naxçıvanda xidmət və idarə rəisləri işdən çıxarılıb

Naxçıvan Yaşıllaşdırma Xidmətinin rəisi Səyahət İmanov işdən azad olunub.

Bununla bağlı sərəncam imzalanıb.

Artıq bu vəzifəyə yeni təyinat da var. Belə ki, Zəka Seyidov Naxçıvan Yaşıllaşdırma Xidmətinin rəisi təyin edilib.

Bundan başqa Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin də rəisi İlham Rüstəmli vəzifəsindən azad olunub. Sərəncama əsasən, Arzu Qurbanov Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi təyin edilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə