Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Nazirlə görüş vaxtı dəyişdirilib

Nazirlə görüş vaxtı dəyişdirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Kürdəmir rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi noyabrın 29-dan noyabrın 30-na dəyişdirilib.

Nazirlikdən bildirilib ki, noyabrın 30-da S.Babayev Kürdəmir rayon sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.
Noyabrın 29-da isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Ucar rayonunda, Mətin Kərimli isə Zərdab rayonunda vətəndaşlarla görüşəcəklər.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə