Özəl uşaq bağçasının fəaliyyətinə xitam verilir

2011-ci ildən fəaliyyət göstərən “Cırtdan” özəl uşaq bağçasının fəaliyyətinə xitam verilir.
“ENA” xəbər verir ki, “Cırtdan” uşaq bağçasının fəaliyyətinə xitam verilərək “Addım Addım” Uşaq Bağçası MMC-yə qoşulur.
“Addım Addım” ona qoşulma ilə əlaqədar yenidən təşkil olunduğunu elan edib.
"Cırtdan" və “Addım Addım” uşaq bağçaları Bakıxanov qəsəbəsində fəaliyyət göstərirlər. Hər iki şirkətin qanuni təmsilçisi Samir Əliyevdir.











