Pakistanın yeni səfiri Azərbaycana gəlib

Pakistanın yeni səfiri Bilal Hayee Azərbaycana gəlib.
Bu barədə səfir “Twitter”də bildirib.
!@#
“Təhlükəsiz şəraitdə Bakıya çatdım və Pakistanın Azərbaycandakı səfiri postunu təhvil aldım. Karyeramda yeni bir səhifənin açılmasından və qardaş Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfəmi verməkdən məmnunam”, – deyə pakistanlı diplomat qeyd edib.











