“Wizzair” Gürcüstandan uçuşları bərpa edir

Macarıstanın aşağıbüdcəli “Wizzair” şirkəti oktyabrın 1-dən Kutaisi şəhərindən Riqaya uçuşlar həyata keçirəcək.
ENA.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.
!@#
Onun sözlərinə görə, reyslər hələlik həftədə bir dəfə yerinə yetiriləcək.
Eləcə də bax: Azərbaycan Ukrayna ilə sərhədlərini açır - uçuşlar bərpa olunur
Hökumət başçı deyib ki, Gürcüstan hava məkanını epidemioloji vəziyyət nəzərə alınmaqla mərhələli şəkildə açmağa davam edəcək.











