Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Avtomobil

"Porsche" 42 min avtomobili potensial yanğın riski ilə əlaqədar geri çağırıb

"Porsche" 42 min avtomobili potensial yanğın riski ilə əlaqədar geri çağırıb

Almaniyanın məşhur idman avtomobili istehsalçısı "Porsche" Çin bazarında satdığı 42 min avtomobili potensial yanğın riski ilə əlaqədar geri çağırır.

Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası belə bir qərar qəbul edib. Qərara əsasən, oktyabrın 7-dən başlayaraq 2010-2016-cı illərdə istehsal olunmuş "Panamera" modelindən avtomobillər geri çağırılacaq. "Porsche"in Çindəki filialı həmin avtomobilləri yoxlayaraq nasaz hissələri öz hesabına dəyişəcək.

Qeyd edək ki, administrasiyanın mütəxəssisləri həmin avtomobillərin hava kondisionerlərinin ventilyatorlarındakı nasazlığın yanğına səbəb olacağını düşünürlər.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə