Əsas məzmuna keç
Bakı +14°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

Prezidentdən Maliyyə Nazirliyi ilə bağlı fərman

Prezidentdən Maliyyə Nazirliyi ilə bağlı fərman
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra fərmanlarda dəyişiklik edilməsi barədə yeni fərman imzalayıb.

ENA.az xəbər verir ki, dəyişikliklər 2025-ci il 30 dekabr tarixli fərmanın icrası ilə bağlıdır.

Yeni fərmana əsasən, dörd normativ sənəddə “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” ifadəsi “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” ifadəsi ilə əvəz edilib.

Dəyişikliklər müsadirə edilmiş əmlakdan istifadə, su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu, sosial sığorta ehtiyatından istifadə, eləcə də nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitlərin istifadəsi qaydalarını əhatə edir.

Fərman 23 noyabr 2026-cı il tarixində imzalanıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə