Əsas məzmuna keç
Bakı +10°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Avtomobil

Sabahdan Bakıda bu avtobusların fəaliyyəti bərpa ediləcək - SİYAHI

Sabahdan Bakıda bu avtobusların fəaliyyəti bərpa ediləcək - SİYAHI

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 14.11.2024-cü il tarixindən başlayaraq bir sıra marşrutların fəaliyyətini bərpa edir.

ENA.az xəbər verir ki, hərəkət sxemləri bərpa edilən marşrutlar bunlardır: 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E.

Hərəkət sxemləri “Ulduz” metrostansiyasına müvəqqəti təyin edilən marşrutlar isə bunlardır: 118A, 118B, 148, 173A və 173B. Bu marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə