Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Səhiyyə Nazirliyinə daxil olan qurum 370 mini nəyə ödəyib: Prokurorluq araşdıracaq

Səhiyyə Nazirliyinə daxil olan qurum 370 mini nəyə ödəyib: Prokurorluq araşdıracaq

Maliyyə Nazirliyi Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbiri həyata keçirib. 

"BI"nin xəbərinə görə, nəzarət tədbirləri 1 yanvar 2014 – 1 noyabr 2017-ci il tarixlərini əhatə edib.

Aparılan yoxlamalar zamanı 370 min manat məbləğində artıq ödəniş aşkarlanıb. Nəzarət tədbiri dövründə bu vəsaitin yalnız 7 min manatının dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə müvafiq sənədlər Baş Prokurorluğa göndərilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə