Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

"Son 15 ildə dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 100 dəfə artırılıb"

"Son 15 ildə dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 100 dəfə artırılıb"

“Azərbaycan gənc ölkədir. Əhalinin 60 faizi 30 yaşdan aşağıdır. Ölkəmizdə 2001-ci ildə gənclərlə bağlı qanun qəbul edilib, bundan əvvəl isə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Bütün bunlar gənclərə olan diqqətin göstəricisidir”.

"BI" xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 2003-cü ildən indiyədək 100 dəfə artırılıb: “Son 10 il ərzində 41 gənclər mərkəzi yaradılıb, ölkədə 300-dən çox gənclərlə bağlılığı olan qeyri-hökumət təşkilatı var. Ölkədə gənc sahibkarlar dəstəklənir, gənclərin öz biznesini yaratmasına şərait yaradılır. Azərbaycan gəncləri Avropa Şurası, BMT, Avropa İttifaqı və 30-dan çox beynəlxalq, humanitar təşkilatlarda təmsil olunur”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə