Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

Sona Talıbova: Süni intellekt kiberhücumların miqyasını genişləndirir

Sona Talıbova: Süni intellekt kiberhücumların miqyasını genişləndirir
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Kiber hücumların hər dördündən biri süni intellekt vasitəsilə həyata keçirilir

Bir kiberhücumun araşdırılması orta hesabla 247 gün çəkir və bunun maliyyə dəyəri təxminən 5 milyon ABŞ dolları təşkil edir.

ENA.az xəbər verir ki, bunu PAŞA Həyat Sığorta Şirkətinin informasiya təhlükəsizliyi üzrə direktoru Sona Talıbova bildirib.

Onun sözlərinə görə, hazırda hər dörd kiberhücumdan biri süni intellekt vasitəsilə həyata keçirilir.

“Süni intellekt sayəsində artıq kiberhücumun arxasında 12 yaşlı uşaq da dayana bilər. 2026-cı ilin iyul ayına olan beynəlxalq araşdırmalara görə, süni intellektin köməyi ilə 6 milyondan çox kiberhücum həyata keçirilib. Süni intellektin inkişaf sürətini nəzərə alsaq, bu rəqəmlərin gələcəkdə daha da artması mümkündür”, – deyə S.Talıbova qeyd edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə