Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Tramp: ABŞ İrana və neft tankerlərinə daha çox zərbə endirəcək

Tramp: ABŞ İrana və neft tankerlərinə daha çox zərbə endirəcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçiləri İrana, o cümlədən onun neft tankerlərinə daha çox zərbə endirəcəklər.

Bu barədə Tramp Vaşinqton yaxınlığındakı "Endryus" hərbi bazasında jurnalistlərə bildirib.

"Hücumları biz həyata keçiririk", - Amerika lideri bildirib və əlavə edib ki, ABŞ artıq İranın doqquza yaxın tankerini məhv edib. "Və siz daha çoxunu görəcəksiniz", - Tramp təfərrüatları açıqlamadan bəyan edib.

Daha əvvəl Pentaqonun rəhbəri Pit Heqset bildirmişdi ki, İran regiondakı Amerika hərbi gəmilərinə hücum edəcəyi təqdirdə, ABŞ Silahlı Qüvvələri İran tankerlərinə zərbələr endirəcək. O həmçinin İranın neftdaşıyan donanmasının əhəmiyyətli hissəsinin məhv olunması ehtimalı barədə xəbərdarlıq edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə