Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

Türkiyə "Meta"nı məhkəməyə vermək istəyir

Türkiyə "Meta"nı məhkəməyə vermək istəyir

Türkiyənin Milli Təhsil Nazirliyi "Meta" şirkətinə qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçirir.

ENA.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu ölkənin milli təhsil naziri Yusuf Tekin bildirib.

Nazir qeyd edib ki, sosial platformalarda uşaqların yaşlarına uyğun olmayan məzmunlarla qarşılaşması onların akademik və şəxsi inkişafına mənfi təsir göstərir.

"Digər ölkələrdə olduğu kimi, biz də nazirlik olaraq bu əsaslarla məhkəmə prosesinə başlayacağıq", – deyə o vurğulayıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə