Türkiyənin aparıcı bankının baş direktoru vəzifəsini tərk edir

Türkiyənin aparıcı bankı - “İş Bankası”nın baş direktoru Adnan Bali bu ilin mart ayında vəzifəsini tərk edəcək.
ENA.az” türk mətbuatına istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında məlumat verib.
!@#
"Bankın səhmdarlarının martda keçiriləcək ümumi yığıncağında baş direktorluqdan gedəcəyəm. Ancaq uyğun hesab edilsə, İdarə Heyətində qalacam", - o qeyd edib.
A.Bali onu baş direktor vəzifəsində əvəz edəcək şəxsin adını da açıqlayıb. Bu, onun müavini Hakan Arandır.











