Əsas məzmuna keç
Bakı +10°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Vətən müharibəsi iştirakçısı Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib

Vətən müharibəsi iştirakçısı Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib

Dövlət Gömrük Komitəsinin (DGK) Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib.

ENA.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun verdiyi əmrlə sözügedən vəzifəyə Şamil Həsənli təyin olunub.

Ötən ilin iyul ayında Gəncə Gömrük İdarəsinin rəisi təyin olunmuş Pərviz Qədirov isə Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Şamil Həsənli DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı olub. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində gedən döyüşlərdə iştirak edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə