Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATLARI

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATLARI

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.

ENA.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Əmiraslanov Səbuhi Abdulla oğlu təyin edilib.

O, bu təyinata qədər Şəmkir DYP-nin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Goranboy DYP-nin əvvəlki rəisi, mayor Müşviq Əliyev vəzifəsindən azad olunaraq, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə rəis təyin edilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə