Əsas məzmuna keç
Bakı +16°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qeyri-bank

Yeni BOKT yarandı - Mərkəzi Bank lisenziya verdi

Yeni BOKT yarandı - Mərkəzi Bank lisenziya verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Prior Credit" QSC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 47-yə çatıb.

Xatırladaq ki, "Prior Credit" bu ilin may ayında yaradılıb. Yeni BOKT "Prior Leasing" ASC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 25E-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimal tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Emin Elman oğlu Vəliyevdir. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə