Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Yeni virus toy biznesinə - ZİYAN VURUB

Yeni virus toy biznesinə - ZİYAN VURUB

Çində yayılan koronavirus digər ölkələrdə kiçik və orta sahibkarlara ziyan vurur.

ENA.az məlumat verir ki, nikaha daxil olan cütlüklər Çindən gətirilən gəlinlikləri istifadə etməkdən imtina edirlər.

Kaliforniya ştatında gəlinlik mağazasının sahibi Anjela Jourdan Çindən parça, ipək, gəlinlik və toya aid digər əşyaları gətirə bilmədikləri üçün biznesində durğunluq yarandığını bildirib.

“Çinlə ticarət əlaqələrimiz bərpa olunmasa, sahibkar kimi fəaliyyət göstərməyimiz mümkün olmayacaq”, - deyə A.Jourdan vurğulayıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə