Əsas məzmuna keç
Bakı +8°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Avtomobil

"Yerli avtomobillər"in alıcılarına mücdə: İstahsal 5 dəfə artıb

"Yerli avtomobillər"in alıcılarına mücdə: İstahsal 5 dəfə artıb

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda 1,304 min ədəd minik avtomobili istehsal edilib. “Cari ilin yanvar-iyul aylarında avtomobil istehsalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə artıb. Bu artım ötən ilin aprel ayında Azərbaycanda minik avtomobillərinin istehsalnın bərpa olunması ilə əlaqədardır”, - deyə məlumatda bildirilir.

Cari ilin yanvar ayında 89 ədəd, fevralda 87 ədəd, martda 107 ədəd, apreldə 153 ədəd, mayda 490 ədəd, iyunda 186 ədəd, iyulda 192 ədəd avtomobil istehsal olunub.

1 avqust 2019-cu il tarixinə anbarlarda 142 ədəd avtomobil var.

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 837 ədəd müxtəlif təyinatlı traktor (azalma 0,2%) istehsal olunub. Avqustun 1-nə anbarlarda 361 ədəd traktor var.

Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə