Əsas məzmuna keç
Bakı +16°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

“Zoom” un kapitallaşması ilk dəfə olaraq 50 milyard dolları ötdü

“Zoom” un kapitallaşması ilk dəfə olaraq 50 milyard dolları ötdü

“Zoom” xidmətinin bazar kapitallaşması ilk dəfədir ki, 50 milyard dolları ötüb. Banker.az xəbər verir ki, bunu NASTAQ birjasında yerləşdirilən məlumatlardan görmək olar.

!@#

Qeyd edildiyi kimi, hərraclar nəticəsində şirkətin səhmləri 9,74% artaraq 179,48 dollar qiymətinə çatıb. Hal-hazırda “Zoom” un kapitallaşması 50,61 milyard dollar təşkil edir.

İnvestorların verdiyi məlumata görə, cari ildə şirkətin kapitallaşması 30 milyard dollardan çox artıb. Bunun əsas səbəbi isə yeni koronavirus pandemiyasının yayılması ilə əlaqədar yaranan tələbat olmuşdur.

2020-ci ilin mart ayında tətbiqin günlük auditoriyası təxminən 20 dəfə artaraq 200 milyon nəfər təşkil edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə