Əsas məzmuna keç
Bakı +13°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Nazir: "Sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb"

Nazir: "Sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb"

Sahibkarlar 2021-2024-cü illər ərzində Azərbaycanın sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu illər ərzində 865 daimi iş yeri yaradılıb: “Bu müddətdə 11,68 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,08 milyard manatlıq hissəsi ixracın payına düşür”.

Onun sözlərinə görə, sənaye zonalarının fəaliyyəti ölkədə iqtisadiyyatın şaxələndirilməsinə, investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın və ixracın artmasına, eləcə də innovasiyaların təşviqinə töhfələr verir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə