Azərbaycanın bank sektorunun xalis mənfəəti 13 %-ə yaxın artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 80,1 milyon manat xalis mənfəət əldə edib.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 % çoxdur.
Ötən ay bankların əməliyyat gəlirləri 587,2 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 8 % çox), əməliyyat xərcləri 423,3 milyon manat (7 % çox), xüsusi ehtiyatlara ayırmaları 51,3 milyon manat (4,5 % az), digər gəlirləri 0,1 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 32,5 milyon manat (37,1 % çox) təşkil edib.

















