Bank

AMB "İnvestra Kredit Ittifaqı"na lisenziya verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "İnvestra Kredit Ittifaqı" MMC-yə lisenziya verilib.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "İnvestra Kredit Ittifaqı"nı 2025-ci ilin dekabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Masallı şəhəri, Səməd Vurğun küçəsi, ev 4, döngə 1, nizamnamə kapitalı 4 004 manat, qanuni təmsilçisi isə Əliqismət Ocaqəli oğlu Məhərrəmovdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)