Bank

"Rabitəbank" səhmdarlarının iclası keçiriləcək, əlavə kapital yerləşdirilməsi məsələsinə baxılacaq

Sentyabrın 8-də, saat 17:00-da "Rabitəbank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71 ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Rabitəbank"ın Müşahidə Şurası üzvlərinin səlahiyyət müddətlərinin uzadılması, "Capital Partners İnvestisiya Şirkəti" QSC-nin nizamnamə kapitalının artırılması və digər məsələlər daxildir.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə, 9,11 %-i isə Dilarə Nuriyevaya, 6,03 %-I Aslan Xasiyevə, 0,14 %-i isə digər hüquqi və fiziki şəxslərə, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "AzInTelecom" MMC-lərə, Dövlət Radiotezliklər İdarəsi və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə, "Bakı Teleqrafı" ASC və "Bakcell" MMC-yə məxsusdur. R.Əliyev həm də "Meqa Sığorta" ASC-nin 19 %-lik səhmdarıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)