Sənaye

Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır

“Lənkəran Dəmir Beton Zavodu” ASC-nin  səhmdarlarının  ümumi yığıncağının  iclası 25   iyun 2026-cı il saat  12:00 da cəmiyyətin yerləşdiyi  Lənkəran şəhəri, Heydər Əliyev prospektində  keçiriləcəkdir.

ENA.az xəbər verir ki, səhmdarların  ümumi  yığıncağının  gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Lənkəran Dəmir   Beton   Zavodu” ASC-nin 2025-ci  il  üçün   illik  hesabatı;

2. “Lənkəran Dəmir Beton Zavodu” ASC-nin fəaliyyətinin  10 il müddətinə dayandırılması. Cəmiyyətin  fəaliyyətinin dayandırılması  barədə  arayışın Dövlət Vergi  Xidmətinə  təqdim edilməsi;

3. Cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar  direktorlar şurasının  (müşahidə  şurasının), icra  orqanının (idarə heyətinin), təftiş komissiyasının (müfəttişin) səlahiyyətlərinə  xitam verilməsi.

4. “Lənkəran Dəmir Beton Zavodu” ASC-nin  işçilərinin əmək müqavilələrinə xitam verilməsi.

Ünvan Lənkəran şəhəri, Heydər Əliyev prospektidir. (Lənkəran şəhəri, keçmiş T.İsmayılov, ev 247)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)