Sənaye

Azərbaycanın qızıl ixracında 28,7 %-lik artım qeydə alınıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 271,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

ENA.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 % çoxdur.

Təkcə avqustda isə Azərbaycan 36,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 15,4 % çoxdur.

8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)