Nvidia hər 100 dollar gəlirə 55,6 dollar mənfəət əldə edir
“Nvidia” şirkəti mənfəətlilik göstəricisinə görə “Fortune Global 500” siyahısında yer alan ən iri şirkətlər arasında lider olub.
ENA.az xəbər verir ki, “Techora”nın məlumatına görə, şirkət hər 100 dollar gəlirə 55,6 dollar xalis mənfəət əldə edir. Bu göstərici “Nvidia”nı siyahıdakı şirkətlər arasında ən yüksək mənfəət marjasına malik şirkətə çevirib. “Microsoft”, “Alphabet” və “Meta” kimi texnologiya nəhənglərində bu göstərici 30 dollardan yuxarıdır.
“Nvidia”nın səhmləri oktyabrın 2-də 2,5%-dən çox bahalaşaraq gün ərzində 237,87 dollarla rekord həddə çatıb. Şirkətin bazar kapitallaşması həmin gün 5,7 trilyon dolları ötüb.
Şirkət sentyabrın sonunda səhmlərin geri alınması proqramını daha 150 milyard dollar artıraraq ümumi həcmi 235 milyard dollara çatdırıb. “Nvidia” həmçinin “OpenAI”yə 100 milyard dollara qədər investisiya etməyi planlaşdırır.
“Nvidia”nın yüksək mənfəətliliyi əsasən süni intellekt üçün çiplərə və məlumat mərkəzləri infrastrukturuna artan tələblə əlaqələndirilir. Şirkətin 2026 maliyyə ilində gəliri 215,9 milyard dollar, xalis mənfəəti isə 120,1 milyard dollar təşkil edib.


















