Vakansiyalar

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu işçilər axtarır - VAKANSİYALAR

Su Təchizatı Və Kanalizasiya Sistemləri Üzrə Mühəndis

 Son tarix 05 iyn 2026 

Vəzifə öhdəlikləri:

  • Su və kanalizasiya sistemlərinin layihələndirilməsi, layihə-smeta sənədlərinin hazırlanması;
  • Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələndirmə proqramından istifadə etməsi;
  • Layihələrin təqvim üzrə planlamasını yerinə yetirməsi;
  • Müxtəlif təyinatlı bina və qurğuların tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun su və kanalizasiya sistemlərinin işlərini layihələndirmək və layihə üzrə düzgün tədbiq olunmasına nəzərət;
  • Su və kanalizasiya sistemlərinin layihələndirilməsi, layihə-smeta sənədlərinin hazırlanması.

Tələblər:

  • Ali təhsil (müvafiq sahədə);
  • Mühəndis vəzifəsində iş təcrübəsi (3-5 il);
  • Kompüter bilikləri - MS Office, AutoCAD;
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.

Ümumi məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 5 gün/ 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00 – 14:00;
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

Maraqlanan namizədlər öz CV-lərini karyera@arxkom.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

***

Elektrik Təchizatı Üzrə Mühəndis

 Son tarix 05 iyn 2026 

Vəzifə öhdəlikləri:

  • Elektrik işləri üzrə işçi layihələrin hazırlanması;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
  • Müxtəlif təyinatlı tikili və təmir işlərinin texniki cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi
  • Layihələri FHN ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək;
  • Bina və qurğularda elektrik işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları və lazımı hesabatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları aidiyyatı qurum və bölmələrə göndərmək.

Tələblər:

  • Ali təhsil (müvafiq sahədə);
  • Mühəndis vəzifəsində iş təcrübəsi (3-5 il);
  • Kompüter bilikləri – MS Office, AutoCAD;
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.

Ümumi məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 5 gün / 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00 – 14:00;
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

Maraqlanan namizədlər öz CV-lərini karyera@arxkom.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

***

İstilik, Ventilyasiya Və Kondisonerləşmə Üzrə Mütəxəssis

 Son tarix 05 iyn 2026 

Vəzifə öhdəlikləri:

  • İstilik, ventilyasiya və kondisionerləşmə (İVK) sistemlərinin layihələndirilməsi;
  • Layihələrə müəllif nəzarəti və texniki dəstək;
  • Obyektlərin yoxlanılması və icra sənədlərinin hazırlanması;
  • Layihələrin müvafiq qurumlarla (ekspertiza) razılaşdırılması və müdafiəsi;
  • Əlaqəli şöbələrlə qarşılıqlı əməkdaşlığın təmin edilməsi;
  • Texniki həllərin işlənməsi.

Tələblər:

  • Ali təhsil (müvafiq sahədə);
  • Mühəndis vəzifəsində iş təcrübəsi (3-5 il);
  • Layihələndirmə və texniki-iqtisadi hesablamaların aparılması bilikləri;
  • Layihə-texniki sənədlərin hazırlanması və tərtib edilməsi qaydalarını bilmək;
  • AutoCAD və digər layihələndirmə proqramlarından istifadə etmək bacarığı;
  • Normativ sənədlər (СНиП, ГОСТ) haqqında məlumat;
  • İVK sistemlərində istifadə olunan materiallar və avadanlıqlar haqqında biliklər;
  • Hazırlanmış sənədlərin razılaşdırılması təcrübəsi;
  • Müəllif və texniki nəzarət təcrübəsi.

Ümumi məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 5 gün / 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00 – 14:00;
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

Maraqlanan namizədlər öz CV-lərini karyera@arxkom.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

***

Layihənin Baş Memarı – LBM

 Son tarix 05 iyn 2026 

Vəzifə öhdəlikləri:

  • Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, Texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumata sahib olmaq;
  • Yaşayış binalarının eskiz və işçi layihələrini hazırlamaq;
  • Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik etmək;
  • Tədqiqat-axtarış işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak etmək;
  • Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarəti həyata keçirmək, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək; 
  • Müxtəlif obyektlər üçün kompleks layihələrin memarlıq hissəsini (bölməsi) işləyib hazırlamaq;
  • Layihə təkliflərinin və şəhər, müəssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirilmə şərtlərini razılaşdırmaq və müdafiəsində iştirak etmək; 
  • Subpodrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün onları lazımı məlumatlarla təmin etmək.

Bilməlidir:

  • Tikinti inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstəricilərini, metodiki normativ və digər rəhbər materialları; 
  • Rayon planlaşdırılması sxemini və şəhərlərin baş planını; 
  • Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair bilikləri;
  • Layihələndirmənin metodlarını;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları; Texniki şərtləri və digər rəhbər materialları; 
  • Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni; 

 Tələblər:

  • Ali təhsil (müvafiq sahədə);
  • Mühəndis vəzifəsində iş təcrübəsi (3-5 il);
  • Kompüter bilikləri – MS Office, AutoCAD, ArchiCAD, Revit və s.;
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.

Ümumi məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 5 gün/ 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00 – 14:00;
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

Maraqlanan namizədlər öz CV-lərini karyera@arxkom.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

***

Aparıcı Konstruktor

 Son tarix 05 iyn 2026 

Vəzifə öhdəlikləri:

  • Konstruktiv işçi layihənin memarlıq cizgiləri əsasında qüvvədə olan inşaat norma və qaydalarına riayət edilməklə hazırlanması;
  • Layihə əsasında iş həcmləri cədvəllərinin hazırlanması;
  • Layihələndirilən bina və qurğuların fəza hesabatının aparılması;
  • İşlənib hazırlanmış layihələri dövlət qurumları ilə razılaşdırmaq və müdafiə etmək;
  • Bina və qurğuların konstruktiv müayinə işlərinin aparılması və hesabatların hazırlanması;
  • Tikinti sahəsində işlərin gedişinə nəzarət edilməsi.

Tələblər:

  • Ali təhsil (müvafiq sahədə);
  • Mühəndis-konstruktor vəzifəsində iş təcrübəsi (3-5 il);
  • Kompüter bilikləri - AutoCad, Lira Sapr, Tekla, Structure (arzuolunandır);
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • Layihələndirmə sistemlərini və metodlarını bilmək; 
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
  • İngilis və rus dillərini bilmək arzuolunandır.

Ümumi məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 5 gün / 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00 – 14:00;
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

Maraqlanan namizədlər öz CV-lərini karyera@arxkom.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)