Azərbaycan səhiyyə reytinqində qonşu ölkələrin hamısından geri qalıb
"Numbeo"nun 2026-cı ilin ilk yarısı üzrə reytinqində Azərbaycan səhiyyə üzrə qonşu ölkələrin hamısından geri qalır - ölkəmiz 49,02 balla 101 ölkə arasında 92-ci yerdə qərarlaşıb.
Reytinqə əsasən, region ölkələri arasında ən yüksək göstərici Türkiyədə qeydə alınıb. Bu ölkənin səhiyyə indeksi 71,34 baldır və 24-cü yerdə qərarlaşıb. Türkiyə səhiyyə reytinqində Almaniyanı (25-ci) belə üstələyib. Rusiya 61,69 balla 60-cı, Qazaxıstan 60,70 balla 61-ci, Ermənistan 59,99 balla 62-ci, Gürcüstan isə 56,46 balla 77-ci yerdə qiymətləndirilib. Özbəkistan isə 64,42 balla 49-cu yerdə qərarlaşıb.
Beləliklə, Azərbaycan qonşu ölkələrlə müqayisədə ən aşağı göstəriciyə malikdir. (Bakupost)


















