ABB səhmdarlarına 200 milyon manat dividend ödəyəcək
Azərbaycan Beynəlxalq Bankı 2025-ci ilin maliyyə nəticələrinə əsasən səhmdarlarına 200 milyon manat həcmində dividend ödəyəcək.
Bu barədə bankın İdarə Heyətinin sədri Abbas İbrahimov məlumat verib. Onun sözlərinə görə, dividend məbləğinin 184 milyon manatı dövlət büdcəsinə yönəldiləcək, qalan hissə isə digər səhmdarlar arasında bölüşdürüləcək.
Beləliklə, nominal səhmin 15,6 faizi həcmində hər səhm üzrə gəlir formalaşacaq.

















