TRIPP layihəsi üzrə Ermənistan və ABŞ şirkət yaradır
"Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsinin layihələndirilməsi işlərinə bu gün başlanılacaq.
ENA.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Mher Qriqoryan hökumətin iclasında bildirib.
"Eskiz layihələrini müzakirəyə təqdim edəcəyik, bundan sonra bilavasitə layihələndirmə işlərinə başlanılacaq", - o qeyd edib.
Baş nazir Nikol Paşinyan öz növbəsində bildirib ki, TRIPP layihəsi praktiki icra mərhələsinə keçir.
Onun sözlərinə görə, Ermənistan və ABŞ şirkətin təsis edilməsi məsələsinin razılaşdırılmasının yekun mərhələsindədir.


















