Gündəm

Tramp: İranın uranı ya ABŞ-yə gətirilməli, ya da məhv olunmalıdır

“İranın zənginləşdirilmiş uranı ya ABŞ-yə gətirilməli, ya da məhv edilməlidir”.

ENA.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp  sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, zənginləşdirilmiş uran ya ABŞ-yə gətirilərək məhv edilməli, ya da İranla əməkdaşlıq çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında yerindəcə zərərsizləşdirilməlidir.

Trampın sözlərinə görə, bu proses İranla koordinasiya və beynəlxalq nəzarət mexanizmləri vasitəsilə həyata keçirilə bilər.

Qeyd edək ki, hazırda atəşkəs mərhələsində olan ABŞ-İsrail-İran xəttində gərginliyin davam etdiyi bir vaxtda İranın əlində olduğu bildirilən təxminən 400 kiloqram zənginləşdirilmiş uranın taleyi danışıqların əsas mövzularından biri olaraq qalır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)