Nəqliyyat

Bu avtobuslarda gedişhaqqı artırıldı

119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatında bildirilib.

İyunun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.

Ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)