Sənaye

AÇG-də 400-dən çox quyu qazılıb

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda indiyədək 400-dən çox quyu qazılıb.

Bu barədə "Caspian Oil&Gaş" sərgisi çərçivəsində jurnalistlər üçün təşkil olunan təqdimat zamanı bildirilib.

Qeyd olunub ki, hazırda AÇG-də 200-dən artıq aktiv quyu fəaliyyət göstərir. İndiyədək AÇG-dən 4,6 mlrd. bareldən çox neft hasil edilib.

Təqdimat zamanı vurğulanıb ki, AÇG-də neftvermə əmsalının maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığını təmin edilməsi üçün qabaqcıl texnologiyalar və innovativ həllər tətbiq olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)