Bank

"İlin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq"

İlin sonunadək bazarda dələduzluğa qarşı yeni qaydalar tətbiq olunacaq.

Bu barədə Mərkəzi Bankın sədrinin müavini Vüsal Xəlilov “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı tədbirdə çıxışı zamanı deyib.

V.Xəlilov qeyd edib ki, qaydalar dələduzluğun idarəedilməsi istiqamətində mühim addım olacaq.

O əlavə edib ki, hazırda maliyyə sektorunda ən böyük iki çağırış xərclər və dələduzluqdur:

“Xərclər kontekstinə baxsaq, biz burada həm rəqəmsallaşma ilə bağlı yaranan xərclər, həm də ödəniş sektorundan, nəğdsiz ödənişlərdə olan xərcləri deyə bilərik. Bu xərclərlə daha çox banklar, ödəniş təşkilatları, təsərrüfat subyektləri üzləşir, lakin dələduzluqla bağlı təhdidləri hər bir vətəndaş üzləşir.

Bu çağrışlarla bağlı Mərkəzi Bank sektor iştirakçıları ilə çox ciddi adımlar atır. Beynəlxalq təşkilatlar ilə xərclərin optimallaşdırılması ilə bağlı intensiv müzakirələr aparırıq. Təsərrüfar subyektləri üçün optimallaşdırılmış tarif siyasəti həyata keçirməyi hədəfləyirik”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)