MALİYYƏ

ARDNF-ə karbohidrogen gəlirlərinin proqnozlaşdırmasını təkmilləşdirmək tövsiyə olunub

Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna ( ARNDF) ölkənin payına düşən karbohidrogenlərin hasilatı və daxilolmaları üzrə proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsini tövsiyə edib.

ENA.az xəbər verir ki, bu barədə Palatanın Fondun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilie.

Sənədə əsasən, 2025-ci ildə Azərbaycanın payına düşən karbohidrogenlərin satışından Fonda 9 milyard 497 milyon manat vəsait daxil olub. Bu göstərici təsdiq edilmiş proqnozdan 300,2 milyon manat və yaxud 3,1 % az olub.

Palata ölkənin payına düşən karbohidrogenlərin hasilat və daxilolma proqnozları ilə faktiki icra göstəriciləri arasında müşahidə olunan fərqləri nəzərə alaraq, proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi, satış qiymətləri ilə bağlı risklərin effektiv idarə olunması, habelə podratçılarla nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi və bu proseslərin səmərəli icrası üçün aidiyyəti təşkilatlarla koordinasiyanın artırılmasını zəruri hesab edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)