Aqrar

Azərbaycanın xurma ixracı azalıb – 32 milyon dollarlıq məhsul satılıb

Azərbaycandan xurma ixracı 11,5% azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 40 min 527,48 ton xurma ixrac edib.

ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən xurmanın ümumi dəyəri 32 milyon 99,16 min ABŞ dolları olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 min 307,69 ton (11,5%), dəyər baxımından isə 845,05 min ABŞ dolları (2,5%) azdır.

Hesabat dövründə xurma ixracından əldə olunan gəlirin Azərbaycanın ümumi ixracında payı cüzi olub.

Yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib. Bu, illik müqayisədə 1,3% çoxdur.

Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dollarını ixrac, 9 milyard 881 milyon ABŞ dollarını isə idxal təşkil edib. İllik müqayisədə ixrac 27% artıb, idxal isə 27,4% azalıb.

Nəticədə Azərbaycanın xarici ticarətində 9 milyard 455 milyon ABŞ dolları müsbət saldo yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)