İlham Əliyev: Xəzəri sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qoruyub saxlamaq vacibdir
Bu gün Xəzərin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzərdən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr həyata keçirilir.
Bunu Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən Xəzər ekoloji sammitində çıxış edərkən bildirib.
"Bu şəraitdə Xəzəri sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qoruyub saxlamaq prinsipial olaraq vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına cavab verir və əməkdaşlığımızın gələcək inkişafı üçün zəruri şərait yaradır", - dövlət başçısı vurğulayıb.

















