"Apple"a 5,7 milyard dollarlıq patent cəzası verilib
ABŞ-da məhkəmə Apple şirkətinin iki patent üzrə hüquqları pozduğuna qərar verərək şirkətin 5,72 milyard dollar təzminat ödəməsinə hökm edib.
ENA.az xəbər verir ki, San-Dieqo Federal Məhkəməsinin münsiflər heyəti Apple-ın iPhone və Apple Watch cihazlarında istifadə etdiyi “Taptic Engine” adlı dokunsal texnologiyanın Taction Technology şirkətinə məxsus iki patentin üç elementini pozduğunu müəyyən edib.
Taction Technology 2021-ci ildə Apple-a qarşı iddia qaldıraraq şirkətin cihazlarda vibrasiyalı bildirişləri təmin edən texnologiyasından icazəsiz istifadə etdiyini bildirmişdi. Apple isə patentlərin etibarsız olduğunu və öz “Taptic Engine” texnologiyasının Taction-ın texnologiyasından fərqli olduğunu müdafiə edib.
Apple məhkəmənin qərarı ilə razılaşmadığını və apellyasiya şikayəti verəcəyini açıqlayıb. Münsiflər heyəti patent pozuntusunun qəsdən törədilmədiyini də müəyyən edib. (bloomberght)


















