Bank

"Bank Respublika"nın nizamnamə kapitalı 240 milyon manatı keçəcək

"Bank Respublika" ASC nizamnamə kapitalını daha 39 546 542 manat və yaxud 19,7 % artıraraq 200 751 530 manatdan 240 298 072 manata çatdırmağı planlaşdırır.

ENA.az xəbər verir ki, kapital artımı Bankın dövriyyədə olan 30 188 200 ədəd səhminin nominal dəyərinin 6,65 manatdan 7,96 manata çatdırılması hesabına baş tutacaq.

Bundan başqa, "Bank Respublika" 80 milyon manatlıq imtiyazlı səhm buraxmağı planlaşdırır. Hər birinin nominal dəyəri 1 manat olan 80 milyon ədəd yeni səhm qapalı üsulla yerləşdiriləcək. Qiymətli kağızları bir qədər əvvəl anonsu verilmiş konsolidasiya prosesi çərçivəsində "Access Bank" QSC-nin mövcud səhmdarlarının alacağı gözlənilir. Beləliklə, "Bank Respublika"nın nizamnamə kapitalı təxminən 320 milyon manat təşkil edəcək ki, bunun da 25 %-i yeni səhmdara məxsus olacaq.

"Bank Respublika" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə, 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)